"TikTok" Fələstin-İsrail münaqişəsi ilə bağlı 500 min videonu silib
Bu arada Çinin “TikTok” sosial şəbəkəsi dezinformasiya ilə mübarizə səyləri çərçivəsində Fələstin-İsrail münaqişəsi ilə bağlı 500 min videonu silib və 8 min canlı yayımı dayandırıb,
SİA bu barədə TASS-a istinadən xəbər verir.
...Nifrətin qızışdırılması üçün “TikTok” funksiyalarından istifadənin qarşısının alınması məqsədilə mövcud girov vəziyyəti kontekstində artan təhlükəsizlik riski nəzərə alınmaqla, müvəqqəti tədbir kimi LIVE proqramında iştiraka əlavə məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, sosial şəbəkə Yaxın Şərqdəki hadisələrlə bağlı məzmunu nəzərdən keçirmək üçün ərəb və ivrit dillərini bilən əlavə moderatorların işə götürüldüyünü elan edib.
“Financial Times”ın istinad etdiyi ekspertlərin fikrincə, sosial şəbəkələr Fələstin-İsrail münaqişəsi ilə bağlı dezinformasiya dalğası ilə “sözün əsl mənasında sıxılıb”. Saxta xəbərləri izləyən CREOpoint biznes kəşfiyyat qrupuna görə, ekspertlərin dəqiqliyi yoxlanıldıqdan sonra yalan olduğunu müəyyən edən İsrail və HƏMAS arasında münaqişə ilə bağlı viral iddiaların sayında “yüz qat partlayış” baş verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB