Avstraliyalı alimlər molekul böyüklüyündə sensor ixtira ediblər

Avstraliyalı mühəndislər ölçüsü insan saçının qalınlığından 500 min dəfə kiçik olan effektiv piezorezistor hazırlayıblar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu cür cihazlar geniş istifadə olunur və əsas vəzifə vibrasiyaları qeyd etməkdir. Onların köməyi ilə smartfonlar addımları saya bilir və avtomobillər lazımi anda təhlükəsizlik yastıqlarını işə salır. Piezorezistorlar tibbdə, təyyarə istehsalında və astronavtikada istifadə olunur.

Kertin Universitetinin alimləri zülallar və fermentlər kimi digər molekulları aşkar etmək üçün istifadə oluna bilən molekul ölçülü sensor yaradıblar.

Müəlliflərin fikrincə, bu, müxtəlif xəstəliklərin diaqnostikasında, eləcə də süni intellekt və insan interfeyslərinin inkişafında inqilabi dəyişikliklərə kömək edəcək.

Yeri gəlmişkən, “Apple AirPods” simsiz qulaqlıqlarının növbəti nəsilləri üçün aktiv şəkildə yeni funksiyaları sınaqdan keçirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə