“Yandex Go” Özbəkistanda bloklana bilər

...vergi komitəsinin tələbi ilə

Özbəkistanın Vergilər Komitəsi “Yandex Go”-dan ölkənin vergi rezidenti kimi qeydiyyatdan keçməsini tələb edib, əks halda xidmət bloklanacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə departamentin mətbuat xidməti Telegram kanalında bildirib.

“Yuxarıda göstərilən tələblər 2023-cü il dekabrın 1-dək yerinə yetirilməzsə, Vergi Komitəsi Özbəkistanda “Yandex Go” elektron platformasının aqreqator kimi istifadəsinin qarşısını almaq üçün Rəqəmsal Texnologiyalar Nazirliyinə rəsmi sorğu göndərəcək”, - məlumatda deyilir.

Maraqlıdır ki, “Yandex” şirkəti “Yandex Go”nun Özbəkistanda həmişəki kimi fəaliyyət göstərdiyini və fəaliyyətini davam etdirəcəyini bildirib

Bunu isə RBC xəbər verir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə