Oktyabrın 1-i bazar günü səhər saatlarından Britaniya Kral Evinin rəsmi internet səhifəsi istifadəçilər üçün əlçatmaz olub. Mənbəyə daxil olmaq istəyən hər kəsə yalnız səhv mesaj göstərilib.
Britaniya mətbuatı kiberhücumda Kreml yönümlü Killnet haker qrupunun əli olduğunu yazır. Jurnalistlər bunun üçün məsuliyyəti öz üzərinə götürdüyü iddia edilən lideri KillMilk-in sosial şəbəkədəki paylaşımına istinad edirlər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sayt məlumatlarına giriş əldə edilmir. Hücumun mahiyyəti yalnız serverdə həddindən artıq yük yaratmaqla kütləvi sorğular vasitəsilə onu dağıtmaqdan ibarət olub.
Qeyd edək ki, Böyük Britaniya Kral Evinin veb-saytını saat yarım ərzində bərpa etmək mümkün olmayıb.
Lakin buna baxmayaraq, Bukingem Sarayı hadisə ilə bağlı hər hansı rəsmi şərh verməkdən imtina edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB