“Apple” yeni model telefonunun digərlərindən fərqi nədir? - MÜTƏXƏSSİS AÇIQLADI
”“Apple” hər il olduğu kimi bu ildə yeni İphone modellərini tanıtdı. “Wonderlust” adlanan tədbirdə İphone 15, İphone 15 Plus, İphone 15 Pro və İphone 15 Pro Max olmaqla 4 fərqli modelin tanıtımı oldu”. Bu sözləri SİA-ya açıqlamasında SMM Manager (Sosial Media Marketing Mütəxəssisi) Murad Yazimov deyib.
Onun sözlərinə görə, yeni modellər öncəkilərdən bir sıra önəmli yeniliklərlə fərqlənir:
Dizayn dəyişikliyi
İphone 15 seriyası xüsusi ilə dizayn və ekranda olunan dəyişikliklər ilə qarşımıza çıxır. İphone 15 modelləri “Dinamik Ada” dizaynına keçid edir. Bu dəyişiklik istifadəçilərə daha çox ekran sahəsi və bir sıra funksional üstünlüklər yaradır.
Yeni Usb Type-C enerji yuvası
İphone 15 seriyası, “Apple”in öncəki cihazlarında olan Lightning bağlantı nöqtəsini Type-C ilə əvəz edir. Bu istifadəçilərə yeni Mac və İpad modelləri ilə uyğun bir şəkildə tək bir Usb ilə enerji şarj etmə və fayl transfer imkanı yaradır.
İphone 15 seriyası həmçinin bizə ekranda 1600 Nit parlaqlıq imkanı yaradır və bu parlaqlıq HDR görüntülərdə 2000 Nit səviyyəsinə qədər yüksəlir. Bu da istifadəçilərə daha canlı görüntü imkanı yaradır. Əlavə olaraq Pro modellərdə ekran yeniləmə sürəti ProMotion texnalogiyası ilə 120Hz’e qədər yüksəlir.
Kamera tərəfində isə İphone 15 və İphone 15 Plusda önəmli dəyişikliklər olsada 15 Pro və 15 Pro Max modelləri kamera gücü ilə dahada ön plana çıxır. Pro modellərdə Apple RAW farmatda çəkim imkanı varkən normal modellərdə bu mövcud deyil. Öncəki modellərdən əsas fərq isə “Ağıllı HDR 5” texnalogiyası və Pro modellərdə 5X Optik zoom dəstəyidir.
Apple, 15 seriyasında bu zamana qədər istifadə etdiyi ən premium meteriallardan istifadə edir. Pro modellərin korpusunda tamamilə titan materiallardan istifadə edilmişdir. Bu da modelin daha möhkəm və çəkisinin az olması üçündür. Əlavə olaraq İphone 15 Pro və İphone 15 Pro Max modelləri “Apple”nin ən güclü prosessoru olan Apple A17 Pro ilə gəlir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə