Azərbaycan Çinlə dəmir yolu sahəsində əməkdaşlığı müzakirə edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çinin Dəmir Yolları Administrasiyasının rəhbərliyi ilə görüşüb.
SİA xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X“ sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, görüşdə dəmir yolu sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə edilib. Çinlə yük dövriyyəsinin artırılması və Orta Dəhlizin inkişafı istiqamətində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün konkret addımlar müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə