Azərbaycan və Çin arasında Orta Dəhlizin inkişafı müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çinin nəqliyyat naziri Li Siopenlə görüşüb.

SİA xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X“ sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əlaqələrin gücləndirilməsi məsələlərindən danışılıb. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafına xüsusi önəm verildiyini qeyd edilib.

Dəmir yolu və avtomobil daşımaları, kombinə edilmiş yük daşımaları və ictimai nəqliyyat istiqamətində potensial əməkdaşlıq, uçuşların tezliyi və uçuş şəbəkəsinin genişləndirilməsi imkanlarını müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə