Amerikanın SpaceX şirkəti peykini uğurla orbitə çıxarıb

Amerikanın SpaceX şirkəti 22 Starlink peykini uğurla orbitə çıxarıb.

SİA xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Peyklər Florida ştatında buraxılıb və raket buraxıldıqdan bir saat sonra orbitə daxil olublar.

Qeyd edək ki, Cybernews.com-un daha əvvəl peykləri izləyən portala istinadən verdiyi məlumata görə, SpaceX iyulun 18-dən sentyabrın 18-dək 212 peyki itirib. Onların orbitdən çıxarılmasının planlaşdırıldığı və ya nasazlığın səbəb olduğu hələ aydın deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə