“iPhone“nin artıq bu rəngi olmayacaq! - ƏNƏNƏYƏ SON QOYULUR
iPhone 15 Pro-da qızılı və bənövşəyi rənglər boz və mavi ilə əvəz olunacaq. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb titan örtükdür.
Apple sentyabr ayında təqdim edəcəyi iPhone 15 Pro seriyasında daha əvvəl istifadə etdiyi qızılı örtüklü variantı təqdim etməyəcək. iPhone 15 Pro və iPhone 15 Pro Max ilə titan dövrünə başlayacaq Apple, materialdakı bu dəyişikliklə telefonların çəkisini də azaldacaq. Əvvəlki telefonlar paslanmayan polad olduğu üçün daha ağır idi. Əlbəttə ki, paslanmayan polad çıxarıldıqda, rəng seçimləri də dəyişməlidir. Buna görə də Apple bundan sonra qızılı rəngdən istifadə etməyəcək.
Apple 2018-ci ildən "qızılı rəng" variantını təklif edir. Titan örtüyünə görə rənglər də dəyişəcək. Kosmik qara və gümüşlə yanaşı, titanın təbii rənginə uyğunlaşmaq üçün yeni boz variant da təklif edəcək. O, həmçinin tünd mavi rəng variantında gəlir.
iPhone 15 və iPhone 15 Plus üçün gözlənilən rəng seçimləri qara, yaşıl, mavi, sarı və çəhrayıdır.
Apple-ın iPhone 15 ailəsini sentyabrın 12-də təqdim edəcəyi gözlənilir. Lakin rəsmi tarix hələ açıqlanmayıb. Başlanğıc tarixinin avqustun 29-dan sentyabrın 5-dək dəqiqləşdirilməsi gözlənilir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB