Ayın səthini tədqiq etmək məqsədi daşıyan eniş platforması və rover modullarından ibarət təxminən 3,9 ton ağırlığında “Chandrayaan-3” Ayın cənub qütbünə endikdən 14 gün sonra missiyasına başlayacaq
Hindistanın 2023-cü il 14 iyulda Ayın cənub qütb bölgəsini araşdırmaq üçün kosmosa göndərdiyi “Çandrayaan-3” kosmik kəşfiyyat aparatı Aya uğurla eniş edib.
SİA-nın bayaq da xəbər verdiyi kimi, Hindistan Kosmik Tədqiqatlar Mərkəzi (İSRO) kosmik zondun Aya rəvan enişini canlı yayımlayıb.
Beləliklə, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya 4-cü yumşaq eniş və Ayın cənub qütbünə enən ilk ölkə olub.
Ayın səthini tədqiq etmək məqsədi daşıyan eniş platforması və rover modullarından ibarət təxminən 3,9 ton ağırlığında “Chandrayaan-3” Ayın cənub qütbünə endikdən 14 gün sonra missiyasına başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB