140-dan çox şirkətin iştirak etdiyi Dünya Robot Konfransı avqustun 22-dək texnologiya və robot həvəskarlarını qəbul edəcək
Çinin paytaxtı Pekində Ümumdünya Robot Konfransı keçirilir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, konfransda 600-ə yaxın robot təqdim olunur. Diqqət çəkənlərdən biri də rəssam robotdur.
Rəssam robot Saydaqian əvvəlcə foto çəkir, sonra isə təxminən beş dəqiqə ərzində onu portretə çevirir.
Konfransda robot itlər də öz bacarıqlarını nümayiş etdiriblər. Ev heyvanları əvəzinə təhlükəli tapşırıqları yerinə yetirən robot itlərdən istifadə etməyi düşünənlər də olub.
140-dan çox şirkətin iştirak etdiyi Dünya Robot Konfransı avqustun 22-dək texnologiya və robot həvəskarlarını qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB