“Roskosmos” bazar günü alimlər tərəfindən Yerin peykinə doğru uçan “Luna-25” avtomatik stansiyasının elmi cihazlarından alınan ilk məlumatların emalına başlandığını elan edib.
Xatırladaq ki, “Luna-25” avtomatik stansiyası avqustun 11-də Vostoçnı kosmodromundan orbitə buraxılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu, Rusiyanın müasir tarixində Aya ilk missiyadır.
Yeri gəlmişkən “Luna-25”-in Ay orbitinə çıxması avqustun 16-da, yumşaq eniş isə avqustun 21-də gözlənilir.
Qurğunun əsas vəzifəsi yumşaq eniş texnologiyasının hazırlanması olacaq.
Missiyada Yerin təbii peykinin Cənub qütbünə enən ilk nəqliyyat vasitəsi ola bilər.
Stansiya təbii ehtiyatların, o cümlədən suyun daxili quruluşunu və kəşfiyyatını öyrənəcək, həmçinin kosmik şüaların və elektromaqnit şüalarının Ayın səthinə təsirini araşdıracaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB