Roskosmos "Luna-25" stansiyasını Ayın Cənub Qütbünə göndərdi - TARİXDƏ İLK
Rusiyanın "Luna-25" avtomatik stansiyası "Fregat"ın yuxarı pilləsindən ayrılaraq onu Aya uçuş yoluna çıxarıb. SİA xəbər verir ki, bu barədə Roskosmos məlumat yayıb.
Stansiya Moskva vaxtı ilə saat 2.11-də “Soyuz 2.1b” raketi vasitəsilə “Vostoçnı” kosmodromundan buraxılıb. 9 dəqiqədən sonra “Luna-25 stansiyası” ilə “Fregat” yuxarı pilləsi raketin 3-cü pilləsindən ayrılaraq aşağı Yer orbitinə daxil olub.
Yuxarı pillənin stansiyadan ayrılmasından sonra 2-ci mərhələ “Luna-25”in Yerin təbii peykinə uçuşu olacaq və bu, təxminən 5 gün çəkəcək. Stansiyanın uçuş trayektoriyasının 2 korreksiyası planlaşdırılır: 1-cisi- buraxılışdan 1,5 gün sonra, 2-cisi - Ay ətrafında orbitə çıxmazdan bir gün əvvəl.
Stansiyanın hərəkət sisteminin köməyi ilə ləngiməsi ilə 3-cü mərhələ başlayacaq- hündürlüyü 100 kilometr olan dairəvi dairəvi orbitdə Ay ətrafında uçuş 3 gün davam edəcək. 4-cü mərhələdə "Luna-25" minimum 18 kilometr yüksəklikdə elliptik eniş orbitinə keçəcək. Hesablamaları apardıqdan sonra Ayın Cənub Qütbü bölgəsində yumşaq eniş baş verməlidir.
"Luna-25" çətin relyefi olan Ayın Cənub Qütbü bölgəsinə yumşaq eniş edən ilk stansiya olacaq. Bütün digər stansiyalar Ayın ekvator zonasına endirilib. Stansiyanın əsas məqsədi Ay torpağında buzun olub-olmaması ilə bağlı kontakt tədqiqatları aparmaqdır. “Luna-25” həm də müasir Rusiya tarixində ilk Ay stansiyası olacaq. Yerin peykinə göndərilən sonuncu Sovet kosmik gəmisi 1976-cı ildə buraxılıb və "Luna-24" adlandırılıb.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB