“TikTok” daha bir ölkədə qadağan edildi

"TikTok” Qərbi Afrika ölkəsi Seneqalda qadağan edilib. SİA xarici mediaya istinadən xəbər verir ki, Seneqalda "TikTok” sosial media platformasına giriş bağlanıb. Rabitə Nazirliyindən verilən yazılı açıqlamada "TikTok”un növbəti xəbərdarlığa qədər bloklandığı açıqlanıb.

"TikTok” ölkənin sabitliyini təhdid edən nifrət dolu mesajlar yaymaq üçün bədxahların seçdiyi proqramdır”, - deyə bəyanatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə