NASA 4 milyard kilometr uzunluğunda səyahətə hazırlaşır

Oktyabrın 5-də uçuşa hazırlaşan NASA-nın “Psyche” kosmik gəmisi üzərində Florida ştatının Kanaveral burnunda son hazırlıq işləri gedir. SİA “SceTechDaily” nəşrinə istinadən xəbər verir ki, mühəndis və texniki işçilərdən ibarət komandalar kosmik gəminin 4 milyard kilometr məsafə gedərək metalla zəngin asteroidə getməyə hazır olmasını təmin etmək üçün gecə-gündüz səylə çalışırlar. Bu missiya bizə planet nüvələri və planetlərin necə əmələ gəldiyi haqqında daha çox məlumat verə bilər.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə