Azərbaycanda kompüter istehsalı kəskin artıb

2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 2952 ədəd stolüstü, 330 ədəd isə dizüstü fərdi kompüter istehsal edilib.

SİA Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 3.3 dəfə stolüstü kompüter, 22 dəfə isə dizüstü kompüter istehsalı artıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında 898 ədəd stolüstü kompüter, 15 ədəd isə dizüstü kompüter istehsal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə