XRİTDX-də cari ilin birinci yarısının yekunları ilə bağlı müşavirə keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 2023-cü ilin ilk altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib.
SİA Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, iclası giriş sözü ilə açan xidmət rəisi general-leytenant İlqar Musayev Azərbaycan Prezidentinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsinin inkişafına xüsusi diqqət və qayğısı qeyd edib və bunların nəticəsi olaraq hesabat dövrü ərzində aidiyyəti sahə üzrə bir sıra önəmli sərəncam və fərmanların verildiyi, müvafiq qərarların qəbul edildiyi bildirib.
Hesabat dövründə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət orqanlarının xüsusi dövlət rabitəsi, hökumət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, onların internet şəbəkəsi ilə əlaqəsi və internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsi, istismarı, təhlükəsizliyi və inkişafı, o cümlədən digər sahələrdə görülən işlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr haqqında ətraflı danışılıb.
Xidmət rəisi 26 iyun – Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bir sıra əməkdaşları təltif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB