"Ariane 5" raketi sonuncu dəfə kosmosa göndərilidi

"Ariane 5" raketi sonuncu dəfə kosmosa göndərilidi

Avropa Kosmik Agentliyinin (ESA) fırlatma xidmətləri şirkəti "Arianespace" "Ariane 5" raketini sonuncu dəfə kosmosa göndərdi.

SİA-nın əldə etdiyi məlumata görə, "Arianespace" iyulun 5-də Fransa Qvianasından "Ariane 5" raketini fırlatdığını açıqlayıb.

Açıqlamada son dəfə kosmosa göndərilən "Ariane 5"-in ümumilikdə 117 missiya yerinə yetirdiyi qeyd edilib.

Bildirilib ki, “Ariane 5” son missiyasında Fransa hərbi telekommunikasiya peyki "SYRACUSE 4B" və Almaniyanın telekommunikasiya peyki "Heinrich-Hertz"i daşıyıb.

Açıqlamada hər iki peykin orbitə uğurla yerləşdirildiyi bildirilib. Alman peyki rabitə sahəsində yeni çağırışların həlli yollarını inkişaf etdirmək məqsədi daşıyır.

Açıqlamada "Ariane 5"in "Ariane 6" ilə əvəzlənəcəyi də qeyd edilib.

Fransız şirkəti "Arianespace" 1980-ci ildən bəri Fransa Qvianasının Kurou şəhərindəki kosmos mərkəzində fırlatma xidmətləri göstərir.

İlk dəfə 1996-cı ildə orbitə buraxılan "Ariane 5" sayəsində indiyədək orbitə 197 peyk yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə