“İnsanların öz smartfonlarına bağlı olmaları son illərin ən böyük trendlərindən biridir. Təbii ki, burada bağlılıq yaradan məqam telefondakı proqramlardır. Amerikada aparılan araşdırmalara görə, insanlar oyandıqdan 15 dəqiqə ərzində öz telefonlarını yoxlayır, gələn məlumatlara və s. baxırlar. Bundan başqa gün ərzində orta hesabla insanlar 50 dəfədən çox telefonlarını yoxlayırlar. Əslində isə bu rəqəm daha çoxdur, lakin burada ortalama nəticələr qeyd edilib”. Bu sözləri SİA-ya açıqlamasında İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.
Onun sözlərinə görə, xaricdə bu istiqamətdə detoks proqramlar mövcuddur: “Yəni insanlardan iki-üç gün müddətinə haradasa dincəldiyi zaman telefonları alınır ki, onlar rahatlana bilsinlər. Çünki telefon istənilən bütün zamanlarda bizim yanımızda olur. Biz telefona bağlı deyilik, telefonda olan proqramlara bağlıyıq. Ümumiyyətlə bu gün smartfon olmadan insan həyatını təsəvvür etmək mümkün deyil. Çünki smartfonlar bizim üçün ikinci “mən” olublar. Təbii ki, dünyanın istənilən yeri ilə anında əlaqə qura bilmək baxımından smartfonların rolu danılmazdır. Lakin bu müsbətlər özünü yalnız balanslı istifadə edildiyində göstərə bilir. Bu isə sadəcə özümüzdən aslıdır. Smartfonların ən böyük problemlərindən biri də aludəçilik yaranan insanlarda iş keyfiyyətini də aşağı salır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB