Qurban Qurbanov: "Komandam yaxşı mübarizə apardı"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubuna qarşı keçirdikləri oyunu şərh edib. SİA xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:3 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Sivasspor"u təbrik edirəm, vacib qələbə qazandılar. Bizim də istəyimiz qələbə qazanmaq idi, amma alınmadı. Heyətimizdə itkilər olmasına baxmayaraq, komandam yaxşı mübarizə apardı. Rəqib futbolçuların xüsusilə də hücum xəttində ustalıq səviyyəsi yüksək idi, əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bu gün gəncləri qazandıq, onlar üçün böyük təcrübə oldu. Qrupda iki oyunumuz qaldı, bu oyunlara maksimum hazırlaşıb yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...