Malta yığmasına yeni baş məşqçi təyin edilib

Malta yığmasına yeni baş məşqçi təyin edilib

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Malta yığmasının baş məşqçi postunda dəyişiklik edilib. SİA-nın məlumatına görə, yığmanı yerli mütəxəssis Rey Farruciya çalışdıracaq. Farruciya daha əvvəl Maltanın əsas yığmasında məşqçi, U-21 yığmasında isə baş məşqçi postunu tutub.

Qeyd edək ki, Azərbaycan millisi Malta ilə sentyabrın 10-da səfərdə, oktyabrın 14-də isə evdə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə