Qazaxda avarçəkmə ilə bağlı tədbir baş tutub

Qazaxda avarçəkmə ilə bağlı tədbir baş tutub

Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın idman paytaxtı seçilən Qazaxda avarçəkmə tədbiri keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində təşkil olunan tədbirdə kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar baş tutub.

Ardınca su idman növlərinə maraq göstərən yerli sakinlərə peşəkar məşqçilər tərəfindən həvəskarlar üçün nəzərdə tutulmuş kayak qayığının idarə edilməsi ilə bağlı təlimlər keçilib. Onlara avarçəkmə idmanında özünü sınamaq imkanı yaradılıb.

Tədbir yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, federasiya su idman növlərinin ölkəmizdə coğrafiyasının genişləndirilməsi və daha çox kütləyə çatdırılması üçün bu cür tədbirlərin müxtəlif bölgələrdə mütəmadi keçirilməsini planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə