Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir qonağa ölkəmizdə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Görüşdə Azərbaycanda kapoeyra idman növünün inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə