Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçirir. Artıq mundiala vəsiqə qazanan daha 4 milli komanda müəyyənləşir.
Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşıb. Vinçenzo Montellanın komandası 1:0 hesabı ilə qalib gələrək DÇ-2026-nın final mərhələsinə yüksəlib. Beləliklə, Türkiyə yığması 24 il sonra ilk dəfə mundialda oynayacaq.
İsveç öz meydanında Polşanı üstələyib və DÇ-2026-ya vəsiqə əldə edib.
Bu gecə həmçinin İtaliya millisi Bosniya və Herseqovinanın qonağıdır. Çexiya isə Danimarka ilə üz-üzə gəlir.
31 mart
DÇ-2026, pley-off mərhələsinin final oyunları
22:45. Kosovo – Türkiyə - 0:1
Qol: Aktürkoğlu, 53
Priştina, Kosovo
22:45. İsveç – Polşa - 3:2
Qollar: Elanqa, 20, Lajerbelke, 44, Qyökereş, 88 - Zalevski, 33, Sviderski, 55
Solna, İsveç
22:45. Bosniya və Herseqovina – İtaliya - 1:1 (Əlavə vaxt)
Qollar: Tabakoviç, 79 - Kin, 15
Qırmızı vərəqə: Bastoni, 41 (İtaliya)
Zenitsa, Bosniya və Hersoqovina
22:45. Çexiya – Danimarka - 1:1 (Əlavə vaxt)
Qollar: Sulç, 3 - Andersen, 72
Praqa, Çexiya
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB