Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçirir. Artıq mundiala vəsiqə qazanan daha 4 milli komanda müəyyənləşir.
Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşıb. Vinçenzo Montellanın komandası 1:0 hesabı ilə qalib gələrək DÇ-2026-nın final mərhələsinə yüksəlib. Beləliklə, Türkiyə yığması 24 il sonra ilk dəfə mundialda oynayacaq.
İsveç öz meydanında Polşanı üstələyib və DÇ-2026-ya vəsiqə əldə edib.
Bu gecə həmçinin İtaliya millisi Bosniya və Herseqovinanın qonağı olub. İtaliya millisi penaltilərdə rəqibinə məğlub olaraq dünya çempionarlndan kənarda qalıb. Çexiya isə Danimarka üzərində qələbə qazanıb.
31 mart
DÇ-2026, pley-off mərhələsinin final oyunları
22:45. Kosovo – Türkiyə - 0:1
Qol: Aktürkoğlu, 53
Priştina, Kosovo
22:45. İsveç – Polşa - 3:2
Qollar: Elanqa, 20, Lajerbelke, 44, Qyökereş, 88 - Zalevski, 33, Sviderski, 55
Solna, İsveç
22:45. Bosniya və Herseqovina – İtaliya - 1:1 (Əlavə vaxt)
Qollar: Tabakoviç, 79 - Kin, 15
Qırmızı vərəqə: Bastoni, 41 (İtaliya)
Zenitsa, Bosniya və Hersoqovina
22:45. Çexiya – Danimarka - 1:1 (Əlavə vaxt)
Qollar: Sulç, 3 - Andersen, 72
Praqa, Çexiya
Mətləb