Misli Premyer Liqasında XXV tura Şamaxıda start veriləcək

Futbol üzrə Misli Premyer Liqasında XXV tura bu gün start veriləcək.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. “Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda gerçəkləşəcək matç saat 15:00-da başlayacaq.

Hazırda qonaqlar turnir cədvəlində 36 xalla 5-ci, ev sahibləri isə 30 xalla 8-ci pillədə qərarlaşıb.

Turun növbəti görüşləri martın 19, 20 və 21-də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə