Futbol üzrə Misli Premyer Liqasında XXV tura bu gün start veriləcək.
SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. “Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda gerçəkləşəcək matç saat 15:00-da başlayacaq.
Hazırda qonaqlar turnir cədvəlində 36 xalla 5-ci, ev sahibləri isə 30 xalla 8-ci pillədə qərarlaşıb.
Turun növbəti görüşləri martın 19, 20 və 21-də təşkil olunacaq.