"Sabah" Azərbaycan Premyer Liqasında ilk dəfə ardıcıl 10 qələbə qazanıb
"Sabah" Misli Premyer Liqasında ilk dəfə ardıcıl 10 qələbə qazanıb.
SİA Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Bakı klubu seriyasını yubiley həddinə XXI turda çatdırıb.
Paytaxt təmsilçisi evdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" bunadək "İmişli"ni 3:0, "Neftçi"ni 2:0, "Turan Tovuz"u 3:1, "Qarabağ"ı 2:1, "Sumqayıt"ı 3:1, "Karvan-Yevlax"ı 4:1, "Zirə"ni 3:1, "Araz-Naxçıvan"ı 4:1, "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib.
İlk dəfə belə seriyaya imza atan "Sabah" turnirin tarixində ən azı 10 qələbəni sıralayan 9-cu komandadır. Bunadək 8 klub 17 seriyaya imza atıb. Cari mövsüm qeydə alınan bu seriya isə 18-cidir.
"Neftçi" hamıdan çox – 6 dəfə ən azı 10 ardıcıl görüşdə qalib gəlib. "Qarabağ"ın 4, "Şəmkir"in 2 belə seriyası var. "Bakı", "Kəpəz", "Turan", "Xəzər" (Sumqayıt) və "Xəzər Lənkəran" isə "Sabah" kimi bir dəfə ardıcıl qələbə seriyasını ikirəqəmli ədədə çatdırıb.
Qeyd edək ki, "Sabah" növbəti turda "Qarabağ"la qarşılaşacaq.
Xəbər lenti
Rusiya Çin texnologiyalarından asılıdır...
Dünya 19:47Dünyada şərab istehlakı yeddi il ərzində 14 faiz azalıb...
İqtisadiyyat 19:28"Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Siyasət 19:12Niyə Pekin neft kranını açmağa tələsmir?
İqtisadiyyat 18:27Naftalanda 3 məktəblini maşın vurub
Hadisə 18:22Belaruslu hərbçilər Azərbaycana səfər edib
Siyasət 18:08Ay Maşallah! Yığmamız bu dəfə İraqı məğlub etdi
İdman 17:43Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
İqtisadiyyat 17:36Vəfat edən şəxsin kredit borcu kimə keçir? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 17:29Azərbaycan onlayn dövlət xidmətlərinə görə dünyada ilk 11-liyə daxil oldu
İqtisadiyyat 16:17Azərbaycan əhalisinin sayı açıqlanıb
İqtisadiyyat 16:06Yeni Azərbaycan Partiyasının yeni hədəfləri - MƏQALƏ
Siyasət 15:51Könüllülər Koalisiyası və Putin - RAKURS
Siyasət 14:53Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:49“Hər ailənin öz psixoloqu olmalıdır” - PSİXOLOQ
Sosial 14:36Böyük səhv - ANALİZ
Siyasət 14:35Həyətyanı torpaqlara mülkiyyət hüququ plan-ölçü sənədi əsasında da veriləcək
İqtisadiyyat 13:41“Həkimlərimizi tanıyın!” rubrikamızda
Səhiyyə 13:36"Trendyol"da "Əfsanə günlər " başlayır
Texnologiya 13:22Şənbə günü Azərbaycanda 21 dərəcə isti olacaq
Sosial 13:18Tramp ciddi problemi etiraf etdi - Çin sammiti
Dünya 12:40YAP-ın 34 illik fəaliyyəti - Baş redaktorların baxışı
Siyasət 11:58Ötən gün 79 cinayətin açılması təmin olunub
Hadisə 10:34Premyer Liqa: XII tur iki oyunla start götürür
İdman 10:29Azərbaycan nefti 98 dollara satılır
İqtisadiyyat 10:14Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:13Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib
İqtisadiyyat 10:12Uşaqlara pulun qiymətini kim öyrədir? - KÖŞƏ
Sosial 09:58Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8666
+0,16%
-
GBP
2,2283
-0,19%
-
RUB
2,0737
+0,52%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



