Azərbaycan millisində çıxış etmiş basketbolçu Saadettin Donat “Abşeron Lions”la anlaşıb. Klubdan SİA-ya verilən məlumata görə, oyunçu qarşıdakı bir mövsüm ərzində paytaxt təmsilçisinin şərəfini qoruyacaq.
Ötən mövsümü “Sumqayıt”da keçirən Donat hər oyuna orta hesabla 11.5 ribaundla çıxış edib.
Qeyd edək ki, basketbolçu Azərbaycana gəlməmişdən əvvəl Türkiyədə "Qalatasaray", "Türk Telekom", "TED Ankara Koleji", "Çağdaş Bodrumspor" və "Sığortam Net" komandalarında oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə