Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının A divizionunun oyununa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Ruslan Xalıqov karyerasında ilk dəfə 16 yaşadək qızlar arasında keçirilən Avropa çempionatının A divizionunun 1/4 final mərhələsinin oyununa təyinat alıb. Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Ədalət təmsilçisi bu gün Rumıniyanın Piteşti şəhərində keçiriləcək İspaniya – Fransa matçını idarə edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə