Azərbaycanın voleybol millisi bu gün növbəti oyununu keçirəcək

Azərbaycanın voleybol millisi bu gün növbəti oyununu keçirəcək

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq. SİA-nın məlumatına görə, yığma səfərdə Belçika ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi avqustun 16-da Avstriyanı qəbul edəcək. Komanda daha əvvəl evdə Belçikaya, səfərdə Avstriyaya 0:3 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə