Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq. SİA-nın məlumatına görə, yığma səfərdə Belçika ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 16-da Avstriyanı qəbul edəcək. Komanda daha əvvəl evdə Belçikaya, səfərdə Avstriyaya 0:3 hesabı ilə uduzub.