Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) iki oyunçunu diskvalifikasiya edib. SİA qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı tennisçi Lauro Milanoviç 8 il müddətinə cəzalandırılıb və 10 min dollar cərimələnib.
Buna səbəb idmançının 2018-ci ildə dostunun iştirak etdiyi matça 15 dəfə mərc etməsi olub. O, bu mərclərin hamısında qalib gəlib. L.Milanoviç istintaqla əməkdaşlıqdan imtina edib.
Diskvalifikasiya edilən digər tennisçi özbəkistanlı Raximbek İbrahimovdur. O, 21 ay müddətinə tennisdən uzaqlaşdırılıb və 5 min dollar cərimə olunub.
2022-ci ildə iki şübhəli matçla bağlı adı hallanan özbəkistanlı tennisçi də istintaqla əməkdaşlıqdan imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə