"Zirə" və "Hayduk" komandaları arasındakı ilk oyununun vaxtı dəyişdirilib

"Zirə" və  "Hayduk" komandaları arasındakı ilk oyununun vaxtı dəyişdirilib

"Zirə" və Xorvatiyanın "Hayduk" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun vaxtı dəyişdirilib. SİA xəbər verir ki, Bakıdakı qarşılaşma iyulun 24-də yox, bir gün tez - iyulun 23-də "Neftçi Arena"da (8-ci km stadionu) olacaq.

UEFA bu qərarı Azərbaycanın bütün klublarının ev oyunlarını paytaxtda keçirəcəyi ilə əlaqədar qəbul edib.

Cavab görüşü isə iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda baş tutacaq.

Qeyd edək ki, Azərbaycanın UEFA Konfrans Liqasındakı digər təmsilçisi "Araz-Naxçıvan" Yunanıstan "Aris"inə qarşı ilk oyununu iyulun 24-də "Liv Bona Dea Arena"da keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə