İngiltərənin "Mançester Siti" komandası qapıçısı Skott Karson ilə yollarını ayıracağını elan edib. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Şəhərlilər" müqavilə müddəti başa çatan 39 yaşlı qolkiperin sözləşməsini yeniləməyəcək.
Qeyd edək ki, S.Karson 2019-2021-ci illərdə Premyer Liqa təmsilçisinin heyətində icarə əsasında çıxış edib. Daha sonra "Mançester Siti" onu transfer etmək hüququndan istifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə