Bu gün Bakıda baş tutan şahmat yarışının əhəmiyyəti çox böyükdür. Bu kimi yarışların keçirilməsi həm gənc şahmatçılara stimul verir, həm də təcrübəli şahmatçılar burada önəmli təcrübə əldə edirlər". SİA xəbər verir ki, bu sözləri "Baku Open 2025" turnirinin açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov deyib.
F.Qayıbov deyib ki, Ulu Öndər Heydər Əliyev başda olmaqla, cənab Prezident İlham Əliyev şahmata hər zaman önəm vermişdir. Şahmatı digər idman növlərindən heç bir zaman ayırmamışdır.
Nazir sonda yarışı təşkil edənlərə təşəkkürünü bildirib və yarışçılara uğurlar arzulayıb.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə