“Zirə” klubu futbolçusu Ruan Renato ilə müqavilənin müddətini uzadıb. SİA xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni sözləşməyə əsasən, braziliyalı oyunçu 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Ruan Renato 2023-cü ildən “Zirə”nin formasını geyinir.
Bütün xəbərlər Facebook səhifəmizdə