"Zirə" legioneri ilə müqavilənin müddətini uzadıb

28 Aprel 2025 13:18 (UTC+04:00)

“Zirə” klubu futbolçusu Ruan Renato ilə müqavilənin müddətini uzadıb. SİA xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni sözləşməyə əsasən, braziliyalı oyunçu 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Ruan Renato 2023-cü ildən “Zirə”nin formasını geyinir.