İngiltərədə futbol matçında maraqlı hadisə yaşanıb. SİA xəbər verir ki, hakimin fasilə zamanı ayaqqabısında nəcis aşkar etməsindən sonra oyun təxirə salınıb. Bu barədə “Daily Mail” məlumat yayıb. Hadisə şənbə günü York Futbol Liqasının Premyer Divizionunda “Old Malton” və “Malt Şovel” həvəskar komandaları arasında keçirilən görüş zamanı baş verib. Ev sahiblər ilk yarıda mübahisəli penaltidən erkən qol vurub, lakin “Şovel” hesabda önə keçməyi bacarıb. Fasilə zamanı hakim müəyyən edib ki, kimsə onun soyunub-geyinmə otağına girib və idman ayaqqabılarından birində nəcis edib. Hakim təhlükəsizliyindən narahat olduğunu əsas gətirərək oyunu təxirə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə