Azərbaycanın parataekvondoçuları Bakıda təlim-məşq toplanışına başlayıb

Azərbaycan parataekvondoçuları Bakıda təlim-məşq toplanışına başlayıb. SİA Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kişi parataekvondoçulardan ibarət millinin toplanışı aprelin 17-dək Bakıda davam edəcək.

Məşqlərdə baş məşqçi Fərid Tağızadə və məşqi Yaşar Səfərovun rəhbərliyi altında İmaməddin Xəlilov (70 kq), Amin Şıxalıyev (63 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq) və Orxan Cəfərov (80 kq) iştirak edir.

Qeyd edək ki, toplanış Azərbaycan Taekvondo Federasiyasının məşq zalında təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə