Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku başa çatıb.
SİA xəbər verir ki, ikinci yarış günündə Azərbaycan milli komandası aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.
+100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. Süleyman Şükürov (-81 kiloqram) və Tuncay Şamil (-90 kiloqram) gümüş mükafata yiyələniblər.
Qeyd edək ki, ilk yarış günü gənc cüdoçularımızdan Fərid Qarayev (-60 kiloqram) ilə Məhəmməd Musayev (-66 kiloqram) qızıl, Nihad Məmişov (-66 kiloqram) və Əbil Yusubov (-73 kiloqram) bürünc medal əldə etmişdilər.
Beləliklə, 7 medal qazanmış gənclərdən ibarət Azərbaycan cüdo yığması Avropa Kubokunu oğlanların mübarizəsində 23 ölkə arasında birinci, ümumi sıralamada ikinci pillədə tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB