Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun başlama saatı açıqlanıb

Misli Premyer Liqasının XXXI turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun başlama saatı açıqlanıb. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Üç günü əhatə edəcək turun açılış matçında "Araz-Naxçıvan" ilə "Turan Tovuz" kollektivləri üz-üzə gələcək.

Misli Premyer Liqası

IV dövrə, XXXI tur

18 aprel

19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

“Liv Bona Dea Arena”

19 aprel

17:30. "Sabah” – “Səbail”

“Bank Respublika Arena”

20:00. “Qarabağ” – “Neftçi”

Tofiq Bəhramov adına Respublika stadionu

20 aprel

16:30. “Şamaxı” – “Kəpəz”

Şamaxı şəhər stadionu

19:00. “Zirə” – “Sumqayıt”

Zirə İdman Kompleksinin stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə