"Barselona" "Real Sosyedad"ı darmadağın etdi...

İspaniya La Liqasının 2024/2025 mövsümünün 26-cı turunun "Barselona" və "Real Sosyedad"ın qarşılaşdığı matç başa çatıb.

Oyun Barselonadakı Olympic Lluís Companys stadionunda baş tutub. Oyunun baş hakimi Alexandro Quintero Qonzales (Huelva, İspaniya) olub.

"Barselona" 4:0 hesabı ilə qalib gəlib.

SİA-nın məlumatına görə, 17-ci dəqiqədə "Real Sosyedad"ın müdafiəçisi Aritz Elustondo qırmızı vərəqə alaraq meydandan qovulub.

Qarşılaşmada hesabı 25-ci dəqiqədə "Barselona"nın müdafiəçisi Jerar Martin açıb. 29-cu dəqiqədə yarımmüdafiəçi Mark Kasado meydan sahiblərinin fərqini dubl edib.

56-cı dəqiqədə müdafiəçi Ronald Arauqo hesabı 3-0-a çatdırıb.

60-cı dəqiqədə hücumçu Robert Levandovski matçda yekun hesabı qoyub – 4:0.

26 oyundan sonra "Barselona" 57 xalla La Liqa turnir cədvəlində birinci yerdədir. “Real Sosyedad” eyni sayda oyundan sonra 34 xalla 9-cu yerdədir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə