Fevralın 23-nə keçən gecə MLS-də mövsümə start verilib. SİA xəbər verir ki, “İnter Mayami” ilk oyunda “Nyu-York Siti”ni qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə heç-heçə başa çatıb. Tomas Aviles və Telasco Seqoviya hərəyə bir qol vurub. Lionel Messi iki məhsuldar ötürmə edib. “Nyu-York”dan Mitya İleniç və Alonso Martines fərqlənib.
Qeyd edək ki, “İnter Mayami” Tomas Aviles qırmızı vərəqə aldıqdan sonra 23-cü dəqiqədən etibarən bir nəfər azlıqda oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə