Gənclər və idman naziri Fərid Qayıbovun Naftalan, Xocalı və Goranboy sakinləri ilə görüşü olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdən öncə Goranboy şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Goranboy Olimpiya İdman Kompleksində keçirilən görüşdə vətəndaşları diqqətlə dinləyən nazir onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə