SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "Marca" məlumat paylaşıb.
Bildirilir ki, İspaniya klubu futbolçunun dəyərinə görə transferini çətin hesab edir, lakin onun komandanın oyun tərzi üçün ideal olduğuna əmindirlər. Buna görə də "Betis" bütün şərtlərin hər iki tərəf üçün faydalı olması üçün sövdələşməni rəsmiləşdirməyə çalışacaq.
Qeyd edək ki, bu mövsüm Antoni bütün turnirlərdə 13 matçda iştirak edib və bir qol vurub. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə