NBA-da çıxış edən basketbolçu 100 min dollar cərimələnib

ABŞ-nin Milli Basketbol Assosiasiyası (NBA) "Minnesota"nın oyunçusu Entoni Edvardsı 100 min dollar cərimələyib. SİA xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı basketbolçu “Hyuston Rokets”ə qalib gəldikləri (113:112) müntəzəm mövsümün qarşılaşmasından sonra müsahibəsində nalayiq ifadələr iştəkdiyi üçün ziyana düşüb.

Qeyd edək ki, Entoni Edvards cari mövsüm dördüncü dəfə cərimə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə