Portuqaliya millisinin sabiq futbolçusu saxlanılıb

Portuqaliya millisinin sabiq futbolçusu Ruben Semedu paytaxt Lissabonda saxlanılıb. SİA xəbər verir ki, xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hor" klubuna məxsus olan 30 yaşlı müdafiəçi ailədaxili zoraxılıqda şübhəli bilinərək tutulub.

Oyunçu dekabrın 29-da sevgilisinə hücum edib və onu zorla bir neçə saat evdə saxlayıb. Daha sonra həmin qız xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ruben Semedu 2021-ci ildə azyaşlı qıza təcavüzdə ittiham edilib. O, 2018-ci ilin fevralında isə İspaniyadakı gecə klubunun əməkdaşını silahla hədələdikdən sonra həbs edilmişdi. Semedu girov müqabilində həbsxanadan azadlığa buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə