Məhəmməd Salah Premyer Liqada ən çox məhsuldar ötürmə verən 10-cu futbolçu olub
İngiltərənin "Liverpul" klubunun üzvü Məhəmməd Salah Premyer Liqa tarixində ən çox məhsuldar ötürmə verən 10-cu futbolçu olub. SİA xəbər verir ki, 32 yaşlı hücumçu buna "Vest Hem"ə qalib gəldikləri (5:0) XIX turun oyununda yiyələnib.
Salah qarşılaşmada 1 qol və 2 assistlə yadda qalıb. Misirli forvard çempionatdakı məhsuldar ötürmələrinin sayını 82-yə çatdırıb.
Premyer Liqada bu göstəricidə rekord "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Rayan Giqqzə məxsusdur - 162 assist.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm Mersisayd təmsilçisinin heyətində bütün turnirlərdə 26 oyun keçirib, 20 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB