Həndbol üzrə Azərbaycan Kubokunun qalibi

Qadın həndbolçulardan ibarət "Kür" komandası Azərbaycan Kubokunun qalibi olub. SİA xəbər verir ki, Mingəçevir təmsilçisi finalda “Azəryol”la üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma bölgə klubunun qələbəsi ilə bitib - 28:27.

Bütün xəbərlər Facebook səhifəmizdə